Xəbər lenti

Toya gedirdilər, qəzaya düşdülər - 5 nəfər yaralandı (FOTO)
Foto 18:09 19.06.2025

Toya gedirdilər, qəzaya düşdülər - 5 nəfər yaralandı (FOTO)

Lənkəranda toya gedənlər qəzaya düşüb.

APA xəbər verir ki, Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza Ələt-Astara magistralının 165-ci km-də qeydə alınıb.

1976-cı il təvəllüdlü Fəxrəddin Mirzəyevin idarə etdiyi "Toyota Prado" markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən aşıb. Qəza nəticəsində sürücünün ailə üzvləri və yaxın qohumları 1980-cı il təvəllüdlü Yeganə Alişanova, 2003-cü il təvəllüdlü Afət Mirzəyeva, 2005-ci il təvəllüdlü Fəxriyyə Mirzəyeva, 1966-cı il təvəllüdlü Tahirə Alişanova və 2012-ci il təvəllüdlü A.Məmmədov xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Ailə Lerik rayonuna toy məclisinə gedirmiş. Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində 5 nəfər (4-ü qadın, 1-i kişi cinsli olmaqla) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

"Hər birinə zəruri ilkin tibbi xidmətlər göstərilib, yaralılardan biri vəziyyətinə uyğun olaraq Cərrahiyyə şöbəsinə yerləşdirilib, digər 4 nəfərin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir", deyə məlumatda qeyd edilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->