Xəbər lenti

“AFB Bank”ın İdarə Heyətinə yeni sədr təyin edildi
Ekonomiks 12:44 02.05.2025

“AFB Bank”ın İdarə Heyətinə yeni sədr təyin edildi

"AFB Bank” ASC-nin Müşahidə Şurasının qərarı ilə Amid Qənbərov Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. O, 2024-cü ildən etibarən Bankın Müşahidə Şurasının müstəqil üzvü kimi fəaliyyət göstərirdi.

Amid Qənbərov 3 iyul 1982-ci ildə Bakı şəhərində anadan olub. 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr təhsili alıb, 2004–2006-cı illərdə isə eyni universitetdə magistratura pilləsini tamamlayıb.

Peşəkar karyerasının böyük hissəsini "Bank of Baku” ASC-də keçirən Amid Qənbərov burada 19 ildən artıq müddətdə müxtəlif vəzifələrdə çalışıb. Bu illər ərzində filial müdiri və 2018-ci ilin oktyabr ayından etibarən Partnyorlarla iş və alternativ satış departamentinin direktoru kimi fəaliyyət göstərib.

Qeyd edək ki, "AFB Bank” 2008-ci ildən fəaliyyət göstərir və nizamnamə kapitalı 70.39 milyon manat təşkil edir. Bankın səhmlərinin 99.64%-i Hikmət Abuzər oğlu İsmayılova məxsusdur. H. İsmayılov eyni zamanda "Azsığorta” ASC-nin 100%-lik səhmdarı və "Bank of Baku” ASC-nin 31.11%-lik pay sahibidir. Digər səhmdarlar isə Cəmil Tahir oğlu Muradov (0.18%) və Toğrul Hacıyev Ülvi oğludur (0.18%).


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->