"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa bu gün çıxacaq.
Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20.00-da start götürəcək. Matçı niderlandlı Danni Makkeli idarə edəcək.
Skopyedəki ilk oyunda Azərbaycan çempionu bir cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, bu cütün qalibi pley-offda "Ludoqorets” (Bolqarıstan) - "Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının pley-offunda görüşəcək. Macarıstandakı cavab matçı Bakı vaxtı ilə saat 22.15-də başlayacaq. Komandalar arasında Bolqarıstanda gerçəkləşən ilk qarşılaşmada hesab açılmayıb.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
12 avqust
20.00 Qarabağ (Azərbaycan) - Şkendiya (Şimali Makedoniya) 4
5:1
Qollar: Klisman Cake, 16 (avtoqol). Kadi, 18. Nəriman Axundzadə, 33. Marko Yankoviç, 35. Leandro Andrade, 59 - Fabris Tamba, 10.
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalho, 20. Kadi, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev (q), 97. Fabian Buntiç (q), 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt.
Baş məşqçi: Qurban Qurbanov.
Şkendiya: 24. Babukar Qaye, 11. Ronaldo Vebster, 5. Klisman Cake, 15. İmran Fetai, 2. Aleksandr Trumçi, 28. Kamer Qaka, 4. Reşat Ramadani, 17. Arbin Zeynullai, 77. Lirodon Latifi, 19. Fabris Tamba, 7. Besart İbraimi (k).
Ehtiyat oyunçular: 25. Astirt Amzai (q), 30. Fedat Ramani (q), 8. Florent Ramadani, 9. Fiton Ademi, 16. Mevlan Murati, 6. Adamu Alhassan, 19. Vane Krstevski, 22. Numan Ajetoviç, 26. Anes Meliqi, 27. Lorik Kaba, 10. Endrit Krasniqi, 38. Amir Nuhija.
Baş məşqçi: Jeton Beqiri.
Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries, Mark Naqteqaal (Niderland).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 1:0.
Şərhlər