Azərbaycanda 16 milyonluq biznes davası: Əmi və qardaşı övladları üz-üzə...
Sabirabad "Quşçuluq" şirkətinin təsisçisi Dilavər Babaşov doğma qardaşının övladlarından şikayətçidir.
Qaynarinfo ATV-yə istinadən məlumat verir ki, həmin şəxslər etibarından sui-istifadə edərək fabriki onun əlindən almağa çalışıblar.
Dilavər Babaşovun sözlərinə görə, fabrikə 16 milyon manat qiymət qoyulubmuş:
"Qardaşımın övladları dedilər ki, biz o pullarla başqa işlər görəcəyik. Onun 50 faizini qoyacağıq banka, 8 milyonu isə sənə verəcəyik. Çox gözlədim, heç bir nəticə əldə olunmadı. 2024-cü ildə onları məhkəməyə verdim. İstəyirəm ki, həmin payı geri alım və onlarla işləməyim", - deyə Babaşov bildirib.
Xatırladaq ki, Dilavər Babaşovun qardaşı da iş adamı olub. O, 2021-ci ildə Türkiyədə müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər