Tayvanın paytaxtı Taypey şəhərində 23 yaşlı sosial media fenomeni İrene Gu dəhşətli bir cinayətin qurbanı olub.
Qaynarinfo xəbər verir ki, 30 mindən çox izləyicisi olan İrene ölümündən günlər əvvəl sosial şəbəkədə təqib edildiyini paylaşsa da, səsi eşidilməyib.
"The Sun" nəşrinin məlumatına görə, cinayət təhlükəsizlik kameralarına da əks olunub. İrene avtomobili ilə avtoparkdan çıxmağa çalışarkən yolu kəsilib, daha sonra bir pilləkən boşluğuna sürüklənərək boğazı kəsilərək vəhşicəsinə qətlə yetirilib.
Cinayəti törədən şəxs onun həm iş yoldaşı, həm də keçmiş sevgilisi Liu olub. Hər ikisi eyni gecə klubunda çalışırmış - İrene PR mütəxəssisi, Liu isə təhlükəsizlik işçisi kimi. İrene bank sektorundakı karyerasını, sevgilisi ilə daha uyğun ritmli həyat yaşamaq üçün tərk etmişdi. Lakin münasibət tezliklə zorakılığa çevrilmişdi.
May ayında İrene Liu tərəfindən döyüldüyünü bildirərək polisə müraciət etmiş və məhkəmədən qoruma tələbi etmişdi. Lakin Liu dəfələrlə çağırışlara baxmayaraq məhkəməyə getməyib.
İrene ölümündən bir neçə gün əvvəl sosial mediada izləyicilərinə belə yazıb: "Biri dedi ki, niyə onu bloklamırsan? Çünki məni tapır! İş yerimə gəlib soruşur: burada işləyir?"
Bu sözlər bir çox istifadəçi tərəfindən "ölüm fərmanı kimi" dəyərləndirilib.
Liu istintaq zamanı keçmiş sevgilisinə 10 min funt-sterlinq borc verdiyini iddia edib və bu pulu geri istədiyi zaman aralarında mübahisə düşdüyünü, nəticədə qətli törətdiyini etiraf edib. Hadisədən sonra Liu babasının evinə qaçıb, lakin səhər tezdən xüsusi polis qrupu tərəfindən saxlanılıb.
Bu dəhşətli cinayətdən sonra Tayvanda qadın hüquqları təşkilatları ölkədə məhkəmə və qoruma sistemlərinin zəifliyini tənqid edərək daha effektiv hüquqi mexanizmlərin yaradılmasını tələb ediblər. Soruşturma hələ də çoxistiqamətli şəkildə davam edir.
Aydın
Şərhlər