Azərbaycanın tanınmış rəssamı Fərhad Yalquzaq vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə yazıblar.
Xatırladaq ki, sənətkarın yaradıcılığının əsasını avanqard üslub təşkil edib.
O, 2022-ci ildə "XAZART" simpoziumunda iştirak edərək texnika və yaradıcılıq prinsiplərini gənclərlə paylaşıb. "Muzey Mərkəzi"nin sərgilərində isə "Afrikalı şaman" (2009), "Bilyard ustası" (2010) və s. əsərləri yer alıb.
Şərhlər