Xəbər lenti

Əməkdar artistin qızı 620 bal toplayaraq universitetə daxil oldu
Ölkə 12:00 23.08.2025

Əməkdar artistin qızı 620 bal toplayaraq universitetə daxil oldu

Əməkdar artist Elnur Əhmədovun qızı yüksək balla universitetə qəbul olub.

Qaynarinfo xəbər verir ki, o bu barədə musiqiçi sosial şəbəkə hesabında bildirib.

Xanəndə qızı ilə fotosunu paylaşaraq onu tələbə adı qazanması münasibətilə təbrik edib:

"Gözəl qızım Ləman, səni yüksək - 620 balla Azərbaycan Diplomatik Akademiyasına (ADA), Dövlət və ictimai münasibətlər ixtisasına qəbul olmağın münasibətilə ürəkdən təbrik edirəm. Tələbə adını qazanan bütün gənclərimizi ürəkdən təbrik edirəm. Allah hər birini qorusun".




Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->