Xəbər lenti

Şəmkirdə dəhşətli qəza: 7 nəfər ölüb, 5 yaralı var (YENİLƏNİB)
Ölkə 09:16 07.08.2025

Şəmkirdə dəhşətli qəza: 7 nəfər ölüb, 5 yaralı var (YENİLƏNİB)

Şəmkirdə 7 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb.

Qaynarinfo xəbər verir ki, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "KAMaz" markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə sürücü və onun 6 sərnişini hadisə yerində dünyasını dəyişib. Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti ağır digərləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

09.16
 
Şəmkirdə baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı, eləcə də həlak olan və yaralananların adları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakıdan Şəmkir istiqamətində sərnişin daşıyan "Mercedes Sprinter" markalı mikroavtobus "KamAZ" markalı yük maşınının qoşqusu ilə toqquşub.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar, müvafiq araşdırmalar davam etdirilir.

Qəza nəticəsində həlak olanların adları:

- 1992-ci il təvəllüdlü Bayramov Şadət;

- Bəsti Nəbiyeva (1975);

- Aydın Pənahov (1977);

- Qızxanım Tomayeva (1962);

- Kənan Məmmədov (2008);

- Fəxriyyə Novruzova (1978);

- Bağırov Arif (1966).

Xəsarət alanlar:

- Şahniyar Pənahova (1975);

- Kamran Məmmədov (1969);

- Nərmin Əliyeva (2004);

- Məcid Qəribov (1995);

- Bəkinaz Gözəlova (1970).
 
 08:22

Şəmkirdə ağır yol qəzası baş verib.

"Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->