Yayda hansı qidalar zəhərlənməyə səbəb ola bilər? (VİDEO)
Ötən ay 118 nəfər zəhərlənib, onlardan 3-ü ölüb.
Bu barədə Kliniki Tibbi Mərkəzin baş toksikoloqu Azər Maqsudov "Xəzər Xəbər”ə müsahibəsində deyib. Toksikoloq zəhərlənmələrin əsasən hansı səbəbdən baş verdiyini də açıqlayıb.
Toksikoloq deyir ki, zəhərlənmə halları ən çox evdə yanlış şəraitində saxlanılan qidalardan baş verir.
Həkim deyir ki, zəhərlənmə əlamətləri ortaya çıxan kimi dərhal 103 Təcili Tibbi Yardım Xidmətinə zəng etmək lazımdır. Özbaşına müdaxilə və evdə müalicə cəhdləri vəziyyəti ağırlaşdıra bilər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər