Ləğv edilən Müstəqil Xalq Partiyasının (MXP) üzvləri Vəhdət Partiyasının sıralarına qoşulub.
Qaynarinfo xəbər verir ki, bu barədə fəaliyyəti dondurulan partiyanın sədri olmuş Əflan İbrahimov məlumat verib.
Sabiq sədr bildirib ki, bundan sonra bütün üzvləri fəaliyyətlərini Vəhdət Partiyasının sıralarında davam etdirəcəklər.
Xatırladaq ki, Müstəqil Xalq Partiyası (MXP) 2023-cü il aprelin 18-də fəaliyyətini dondurması ilə bağlı bəyanat verib.
Bahar Rüstəmli
Şərhlər