"Hələ məni sentyabrda görəcəksiniz. Qolum açılacaq, füqan edəcəm. Səhnədə oynaya bilmədiyim rolları oynayacağam".
Bu sözləri Xalq artisti Fatma Mahmudova "Xəzər axşamı" verilişində deyib. Səhhətində problem yaşayan aktrisa sentyabrda səhnəyə qayıdacağını deyib. O, bildirib ki, qolu açılandan sonra yeni obrazlar oynayacaq.
F.Mahmudova mərhum həyat yoldaşı Tofiq Qarayevdən danışarkən kövrəlib:
"Aygün Bəylər bir dəfə "Nigaranam" oxudu, hönkür-hönkür ağladım. Baxdım ki, mənə aiddir. Mənin ailə sarıdan bəxtim gətirmədi. Yoldaşım böyük sənətkar idi. Amma ömürboyu ondan nigaran qaldım: hara getdi, başına nə iş gəldi. Bu gün də həmin mahnı oxunanda elə bilirəmodur". (Axşam.az)
Şərhlər