Xəbər lenti

Novxanı çimərliyində infeksion xəstəliklər var? (VİDEO)
Video 22:25 08.08.2025

Novxanı çimərliyində infeksion xəstəliklər var? (VİDEO)

İshal, qızdırma və qusma ...

Novxanı çimərliyində 100-dən çox  uşağa infeksiya keçdiyi iddia olunur.  Abşeron Rayon Mərkəzi Xəstəxanasına son günlər  çoxlu uşaq gətirildiyi və onların əksəriyyətinin çimərliyə getdikdən sonra vəziyyətinin pisləşdiyi iddia olunur. Özünü xəstəxananın işçisi kimi təqdim edən şəxs sosial şəbəkədəki paylaşımında gələnlərin əksəriyyətinin Novxanı çimərliyi ərazisində olduqlarını, onlarda ishal, qızdırma və qusma kimi halların özünü göstərdiyini, hətta uşaqlardan birinin dünyasını dəyişdiyini bildirib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "xəzərxəbər"ə müsahibəsində qeyd edib ki, Abşeron çimərliklərində hər hansı yoluxucu xəstəlik hadisəsi qeydə alınmayıb.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsindən sorğumuza cavab olaraq bildirildi ki, sosial media resurslarında yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xezerxeber.az-ın  mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik. 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->