Xəbər lenti

Prezident: Türkiyə və Azərbaycan bir-birinin yanında inamla, uğurla irəliləyir
Siyasət 16:53 19.06.2025

Prezident: Türkiyə və Azərbaycan bir-birinin yanında inamla, uğurla irəliləyir

Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq və bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya çapında önəmli faktordur.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışında səsləndirib.

"Dörd il bundan əvvəl hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim münasibətlərimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim münasibətlərimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik, həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə Türkiyə və Azərbaycan iki qardaş ölkə bir birinin yanında inamla uğurla irəliləyir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->