Xəbər lenti

Qadın həbs cəzasını çəkməmək üçün dörd ildə üç uşaq dünyaya gətirib
Dünya 22:50 19.08.2025

Qadın həbs cəzasını çəkməmək üçün dörd ildə üç uşaq dünyaya gətirib

Çində bir qadın beş il həbs cəzası çəkməmək üçün dörd il ərzində üç uşaq dünyaya gətirib.

Qaynarinfo bu barədə "South China Morning Post"a istinadən xəbər verir.

2020-ci ilin dekabrında məhkəmə çinli qadın Çen Honqu fırıldaqçılıq ittihamı ilə 5 il həbs cəzasına məhkum edib. Bununla belə, Çin qanunlarına görə, hamilə qadınlar, həmçinin yeni doğulmuş körpələrin anaları və ağır xəstə məhkumlar cəzalarını müvəqqəti olaraq həbsxanadan kənarda - evdə və ya xəstəxanalarda, ictimai təhlükəsizlik orqanlarının nəzarəti altında çəkə bilərlər.

Çen bu boşluqdan fəal şəkildə yararlanıb: 2021-ci ildən 2025-ci ilə qədər eyni kişidən 3 uşaq dünyaya gətirib və cəzasını həbsxanadan kənarda çəkib. Yoxlamalar zamanı o, daim hamiləliyini və ya doğuşunu təsdiq edən tibbi sənədlər təqdim edib.

Lakin prokurorlara məlum olub ki, qadın üçüncü uşağı ilə birlikdə yaşamır və körpənin keçmiş gəlininin adına rəsmiləşdirilib. Qadın etiraf edib ki, onlar çoxdan boşanıblar: iki uşaq keçmiş ərində qalıb, kiçik uşağı isə onun bacısına verib.

İstintaq belə nəticəyə gəlib ki, Çen hamiləlikdən cəzadan yayınmaq üçün qəsdən istifadə edib. Cəzasının bitməsinə bir ildən az vaxt qaldığından o, təcridxanaya göndərilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->