Xəbər lenti

Qaraciyər xərçəngi həyəcanı: Hökumətlər nə etməlidir?
Sağlamlıq 11:45 31.07.2025

Qaraciyər xərçəngi həyəcanı: Hökumətlər nə etməlidir?

Qaraciyər xərçəngi halları dünya üzrə artmağa davam edir. Əvvəllər əsasən hepatit infeksiyaları və alkoqol istifadəsi ilə əlaqələndirilən bu xəstəliyin risk amillərinə artıq piylənməyə bağlı qaraciyər xəstəlikləri də əlavə olunub.

Qaynarinfo xəbər verir ki, mütəxəssislərə görə, vaxtında müdaxilə və düzgün strategiyalarla milyonlarla insanın həyatı xilas edilə bilər.

Dünyada qaraciyər xərçəngi ikiqat arta bilər

"Euronews" mənbəsinə əsasən, "The Lancet" komissiyası tərəfindən aparılan araşdırma, qaraciyər xərçəngi hallarının beşdə üçünün qarşısı alına biləcək risk amilləri ilə bağlı olduğunu göstərib. Bunlara virus mənşəli hepatitlər, alkoqol istifadəsi və getdikcə daha geniş yayılan piylənmə ilə əlaqəli qaraciyər xəstəlikləri daxildir.

Əgər tədbir görülməzsə, 2022-ci ildə 870 min olan illik yeni yoluxma sayı 2050-ci ildə 1,52 milyona, ölüm sayı isə 760 mindən 1,37 milyona qədər yüksələ bilər. Lakin hər il yeni halların yalnız %2–5 arası azaldılması ilə belə, 2050-ci ilə qədər 17 milyon yeni halın və 15 milyon insanın həyatının xilas edilə biləcəyi bildirilir.

MASLD və MASH: yeni risklər

Qaraciyər xərçəngi artıq yalnız hepatit və alkoqolla əlaqələndirilmir. Metabolik disfunksiyaya bağlı piyli qaraciyər xəstəliyi (MASLD) və onun daha ciddi forması olan MASH (steatohepatit) yeni başlıca səbəblərdən sayılır. Avropa Qaraciyər Xəstələri Assosiasiyası (ELPA) nümayəndəsi Beatris Kredi bildirib ki, MASLD Avropada böyüklərin təxminən 25%-ni əhatə edir.

Jredi əlavə edib: "MASLD halları artmaqdadır, lakin düzgün ictimai səhiyyə kampaniyaları və maarifləndirmə ilə əksəriyyətinin qarşısını almaq mümkündür".

Risklər dəyişir: Hepatit azalır, piylənmə artır

"The Lancet" komissiyasının proqnozlarına əsasən:

* MASH-ə bağlı qaraciyər xərçəngi 2022-də %8 ikən, 2050-də %11 olacaq – bu %35 artım deməkdir.
* Alkoqolla bağlı hallar yüngül artış göstərə bilər.
* Hepatit B və C-yə bağlı hallar isə aşı proqramları və müalicə imkanlarının inkişafı sayəsində azalma göstərə bilər.

Lakin piylənmənin artması səbəbilə xüsusilə yüksək gəlirli ölkələrdə vəziyyət daha da ciddiləşir. ABŞ-da 2040-cı ilə qədər MASLD-nin böyüklərin yarısından çoxuna təsir edə biləcəyi bildirilir.

Baylor Tibb Kollecindən Prof. Dr. Haşem El-Seraq: vurğulayır: "Əvvəllər qaraciyər xərçəngi yalnız hepatit və alkoqolla əlaqələndirilirdi. İndi isə piylənmə və qaraciyərdə yağ yığılması əsas təhlükəyə çevrilib".

Həll yolları: Qarşısı alına bilən xərçəng

"The Lancet" komissiyası deyir ki, risklər bəllidir və bu, xüsusi qarşısının alınması strategiyalarının tətbiqi üçün fürsət yaradır. Təklif olunan tədbirlər:

* Hepatit B peyvəndlərinin genişləndirilməsi
* Hepatitin hər kəs üçün skrininq testləri ilə müəyyən olunması
* Piylənmə və alkoqol istifadəsi ilə mübarizə
* Qida və içki siyasətində islahatlar, xəbərdarlıq etiketləri və vergilər
* Erkən diaqnoz və maarifləndirici proqramlar

Honq Konq Çin Universitetindən Stepan Çan deyir: "Qaraciyər xərçəngi hallarının üçdə ikisi qarşısı alına bilən amillərlə bağlıdır. Bu, ölkələr üçün milyonlarla insanı xilas etmək imkanı deməkdir".

Avropa: Qarşısının alınmasına yönəlmiş siyasətlər

Avropa İttifaqı "Xərçəngi Məğlub Etmə Planı” çərçivəsində 2030-cu ilə qədər hepatit B peyvəndində uşaqlar üçün 95%-lik əhatə səviyyəsinə çatmağı və hamilə qadınların skrininqini hədəfləyir.

Beatris Kredi qeyd edir ki, alkoqol, siqaret və qeyri-sağlam qida sektorları bu problemin formalaşmasında ciddi rol oynayır: "Siyasi liderlər ticarət maraqları ilə yox, xalq sağlamlığı ilə maraqlanmalıdırlar".

Təkcə qarşısının alınması yetmir: Erkən diaqnoz və dəstək də vacibdir

"The Lancet" komissiyası, xüsusilə Afrika və Asiya kimi səhiyyə sistemləri zəif olan bölgələrdə vaxtında diaqnoz və dəstək sistemlərinin gücləndirilməsinin vacibliyini vurğulayır. 

Prof. Valeri Paradis isə qeyd edir: "Qaraciyər xərçəngi digər xərçəng növləri ilə müqayisədə daha çətin müalicə olunur. Lakin risklərin bu qədər aydın olması, effektiv qarşısının alınması üçün fürsət yaradır".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->