Xəbər lenti

Təmirə görə sabahkı bəzi reyslər də ləğv edilir
Ölkə 19:51 07.08.2025

Təmirə görə sabahkı bəzi reyslər də ləğv edilir

Bakı–Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 8-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə səhər və axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb. 

Belə ki, saat 07:20-də Bakı–Xırdalan–Sumqayıt, 08:30-da Bakı–Xırdalan, 08:00-da Xırdalan–Bakı qatarı, saat 06:25-də Bakı–Pirşağı–Sumqayıt (ekspres) və saat 07:28-də Sumqayıt–Xırdalan–Bakı reysləri, axşam saatlarında isə 17:47-də Bakı–Xırdalan, 18:10-da Bakı–Xırdalan–Sumqayıt (ekspres), saat 17:50-də Sumqayıt–Xırdalan–Bakı, 18:20-də Xırdalan–Bakı, 19:27-də Sumqayıt–Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Pirşağı–Bakı (ekspres) reysləri ləğv edilir:

"Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik”.

Qeyd edək ki, bu gün də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bəzi reyslər təxirə salınmışdı.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->