Xəbər lenti

Təyyarə daşıyıcılarının çəkisi nə qədərdir və ən ağırı hansıdır?
Dünya 13:10 06.08.2025

Təyyarə daşıyıcılarının çəkisi nə qədərdir və ən ağırı hansıdır?

Təyyarə daşıyıcıları dünya donanmalarının əsl nəhəngləridir. Onlar həm hərbi gücü, həm də ölçüləri ilə bütöv şəhər kvartalları ilə müqayisə oluna biləcək miqyasa malikdir. Bu cür gəmilərin sayı olduqca azdır - dünyada cəmi 51 təyyarə daşıyıcı mövcuddur və onların təxminən yarısı ABŞ-a məxsusdur.

Qaynarinfo xəbər verir ki, "Slash Gear" nəşrinin məlumatına görə, çəkisinə görə lider ABŞ-ın "Cerald R. Ford" sinifinə aid təyyarə daşıyıcısıdır – onun tam su tutumu 100 000 tondan çoxdur. Bu təkcə gəmi deyil, minlərlə heyət üzvü və onlarla qırıcı təyyarəni daşıyan üzən hərbi bazadır. Hal-hazırda bu, dünyanın ən ağır təyyarə daşıyıcısıdır və ABŞ artıq eyni sinifdə daha bir neçə gəmi tikməyi planlaşdırır.

İkinci yerdə ABŞ Hərbi Dəniz Qüvvələrinin digər gəmiləri – "Nimits" sinifli təyyarə daşıyıcısıları dayanır. Onların çəkisi 97 000 tona qədər çatır. Bu gəmilər yeni nəsil flaqmanla müqayisədə bir qədər yüngül olsa da, yenə də tarixdəki ən böyük hərbi gəmilərdən sayılır.

ABŞ-dan sonra gələn Çin isə yaxın günlərdə donanmasına yeni "Fuczyan" adlı təyyarə daşıyıcısı qatmağı planlaşdırır. Onun su tutumu 85 000 ton civarındadır və ABŞ-dan kənarda indiyədək inşa edilmiş ən iri gəmi hesab olunur. Gözlənilir ki, bu təyyarə daşıyıcısı 2025-ci ilin avqustunda xidmətə başlayacaq.

Böyük Britaniya "Queen Elizabeth" sinifinə aid 65 000 tonluq iki avianesə sahibdir. Rusiya isə yalnız bir təyyarə daşıyıcısı – 58 600 tonluq "Admiral Kuznetsov" ilə təmsil olunur. Bu gəmi dəfələrlə qəzalar və təmir gecikmələri ilə tənqid hədəfinə çevrilib.

Ən ağır təyyarə daşıyıcıları sırasında həmçinin Çinin "Şandun" (70 000 ton), "Lyaonin" (58 500 ton) və Hindistanın INS "Vikramaditya" (44 500 ton) gəmiləri də yer alır. Lakin bu gəmilərin heç biri çəkisi, ölçüsü və döyüş qabiliyyəti baxımından Amerika super təyyarə daşıyıcılarına yaxınlaşa bilmir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->