Bu gün mərhum aktrisa, Əməkdar artist Xanım Qafarovanın doğum günüdür.
Qaynarinfo xəbər verir ki, mərhumun qızı Gövhər Qafarova anası ilə bağlı xatirələrini bölüşüb. Gövhər anasızlığın onun üçün ağır olduğunu bildirib:
"Ana, ad günün mübarək. Yaxşı ki, sənin qızın olaraq dünyaya gəlmişəm. Nə yaxşı ki, sən mənim anamsan. Kaş indi yanımda olaydın, digər uşaqlar kimi üzündən öpüb təbrik edərdim. Amma indi heyif ki, soyuq məzarını öpə bilirəm... Sənin üçün çox darıxıram. Xos hadisə olanda belə tam sevinə bilmirəm. Allah heç kimə anasızlığı qismət etməsin! Bir uşaq, hətta qız uşağı üçün anasızlıq həddindən artıq çox böyük yükdür. Hər zaman qəlbimizdəsən. Yerin cənnət olsun, nur üzlüm, canım Anam... Allah rəhmət eləsin”.
Qeyd edək ki, Əməkdar artist Xanım Qafarova süd vəzi xərçəngindən əziyyət çəkib. Aktrisa 2014-cü ildə 47 yaşında dünyasını dəyişib.
Bahar Rüstəmli
Şərhlər