Xəbər lenti

Hərracda 180 dollara alınan rəsm Dalinin 25 min dollarlıq orijinal əsəri imiş
Sənət 15:37 04.08.2025

Hərracda 180 dollara alınan rəsm Dalinin 25 min dollarlıq orijinal əsəri imiş

Britaniyada təşkil olunan antikvar hərracda iştirak edən şəxs, 180 dollara aldığı tablonun əslində ispan sürrealist rəssam Salvador Dalinin əsəri olduğunu öyrənib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Əsər "Vecchio Sultano" ("Qoca sultan") adlanır və qarışıq texnika ilə hazırlanıb. Bu iş, Dalinin "Min bir gecə" nağıllarından ilham alaraq yaratmaq istədiyi 500 illüstrasiyadan ibarət böyük layihəsinin bir hissəsidir. Lakin rəssam cəmi 100-ə yaxın əsəri tamamlayaraq layihədən imtina edib. Nəticədə, həmin əsərlərin bir hissəsi uzun illər ərzində itmiş sayılırdı.

"Cheffins" auksion evinin incəsənət üzrə mütəxəssisi Qabriel Dauninin sözlərinə görə, Dali mavr mədəniyyətinə xüsusi maraq göstərib və özünü mavrların varisi hesab edirdi. Bu meyl onun həmin tablosunun mövzusunda da öz əksini tapıb. Rəsmi Con Rassel adlı şəxs Londonda bir mənzilin əmlakı satışa çıxarılan zaman keçirilən qapalı auksionda əldə edib. Həmin vaxt demək olar ki, heç bir rəqabət olmayıb — yalnız bir nəfər digər alıcı olub.

Əsərin orijinallığı ekspertlər tərəfindən təsdiqləndikdən sonra, hazırkı sahibi tablonu yenidən auksiona çıxararaq, onu minimum 25 min dollara satmağı planlaşdırır.

Aydın
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->