Almaniya hökuməti silah istehsalı üçün Çin resurslarının tədarükünün gecikdirilməsindən narahatdır ki, bu da bir sıra şirkətlərin işinin dayandırılmasına səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" yazır.
Nadir torpaq metallarının qlobal istehsalında Çinin payı 90%-ə çatır.
Almaniya hərbi istehsalı artırır, lakin bunun üçün Çindən xammal, o cümlədən nadir torpaq metalları lazımdır. Getdikcə daha çox alman şirkəti tədarükün kəsilməsindən şikayətlənir və bu, ölkə hakimiyyətinin narahatlığına səbəb olur.
Qəzet Almaniya İqtisadiyyat Nazirliyinin çox ciddi risklərdən və Çinin kritik xammallara ixrac nəzarətindən narahatlığından bəhs edən bəyanatına istinad edir. Nazirlik vurğulayıb ki, tədarükün kəsilməsi səbəbindən zərər çəkən şirkətlər problemli halların birbaşa Çin hökuməti ilə həll edilməsi üçün Avropa Komissiyası ilə əlaqə saxlaya bilərlər.
Aydın
Şərhlər