Xəbər lenti

10 milyon avro ələ keçirdilər, lakin hər şeydən məhrum oldular (FOTO)
Foto 17:22 10.08.2025

10 milyon avro ələ keçirdilər, lakin hər şeydən məhrum oldular (FOTO)

Timor R. və Tal A. saxta investisiya kripto platformaları - "Fibonetix” və "Nobel Trade” yaradıblar. Onlar 10 milyon avro ələ keçirməyə nail olublar və zərərçəkənlər arasında Almaniyanın 399 vətəndaşı var.

Qaynarinfo xəbər verir ki, dələduzları kibercinayətkarlıq üzrə Bamberq prokurorları ifşa etiblər. Cinayətkarların dəbdəbəli avtomobilləri də müsadirə olunub - onların arasında nadir "Lamborghini Aventador SVJ Roadster” və masaj oturacaqlı qızılı "Rolls-Royce Phantom” da var.

Müsadirə və hərrac yolu ilə satılması üçün avtomobillər Ukraynadan Almaniyaya aparılıb. Bunun sayəsində 1 milyon avro geri qaytarılıb. Şübhəlilər İsraildən ekstradisiya edilib.

Bamberq məhkəməsi artıq hökm çıxarıb. Timor R. dörd il yarım həbsdə qalacaq, Tal A. isə iki il şərti cəza ilə kifayətlənəcək. Onlar həmçinin bütün əmlaklarından məhrum ediləcəklər. 

Münhen sakini olan zərərçəkənin vəkili Tanja Naushyuts "BILD” nəşrinə bildirib:

"Timordan 127 429,24 avro, Taldan isə 27 000 avro müsadirə olunur. Əlavə olaraq, əlaqəli şirkətlərin hesablarından 2,727 milyon avro müsadirə edilin. Bu güclü siqnaldır — ədalət qurbanları çarəsiz vəziyyətdə qoymur. Nəhayət, pullar geri qaytarılır”.

Timor R. həmçinin Ukrayna ərazisindəki bütün əmlakını zərərçəkənlərin xeyrinə verməlidir.

Proses zamanı baş prokuror Nino Qoldbek dələduzların sxemini belə təsvir edib: "Peşəkar şəkildə hazırlanmış saxta qəzet məqaləsi vasitəsilə məşhur televiziya verilişi "Şirlər yuvası"nda guya tanınmış şəxslərin verdiyi investisiya məsləhəti haqqında məlumat yayılırdı”. 

Müştərilər öz məlumatlarını daxil etdikdə, onlarla Sofiya və Belqraddakı zəng mərkəzlərindən əlaqə saxlanılıb. Dələduzlar özlərini "Yulian Draksler” kimi alman adları ilə təqdim edib, Lüksemburq və İsveçrədə yerləşdiyi iddia edilən uydurma platformalarda 40% gəlir vəd ediblər. Cinayətkarların bu pulları investisiya etmək niyyəti heç vaxt olmayıb. "Əksinə, onların yeganə məqsədi göstərilən hesablar vasitəsilə göndərilən vəsaitləri mənimsəmək idi”, deyə Qoldbek ittiham edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->