Xəbər lenti

Azərbaycanda dollar qıtlığı var? - Ekspert
Ekonomiks 13:17 13.08.2025

Azərbaycanda dollar qıtlığı var? - Ekspert

"Hazırda ölkədə dollara tələbatın yarandığını müşahidə etmirəm. Sosial şəbəkələrdə dollara tələbatın yarandığı ilə bağlı məlumatlar həqiqətə uyğun deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov sosial şəbəkələrdə bankların dollar satışını dayandırması ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib. 

Ekspert bir neçə ildir Azərbaycanda dollar satışı ilə bağlı limitin olduğunu xatırladıb:
 


"Banklar bir nəfərə 20 min manatdan çox dollar satmırlar və vətəndaşlara gəlirlərini göstərməyi bildirirlər. Amma hamı başa düşür ki, belə tələb ola bilməz. Çünki Azərbaycanda nəinki vətəndaşların, heç məmurların gəlir və xərc bəyannaməsi yoxdur. Dollar alan vətəndaş istənilən əsası gətirə bilər. Məsələn, babamdan qalıb və s."
 
Ekspert Azərbaycanın kifayət qədər valyuta ehtiyatlarının olduğunu bildirib:

"Dollar var. Amma satışla bağlı məhdudiyyət tətbiq edilib".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->