"Azərişıq" Gədəbəyin bir sıra kəndlərində elektrik təsərrüfatını yeniləyir (VİDEO)
Regionların sosial-iqtisadi inkişafına dair Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən "Azərişıq” ASC Gədəbəyin köhnəlmiş elektrik təsərrüfatını yeniləyir. Rayonun Arıqıran kəndində 0.4 və 10 kV-luq elektrik şəbəkələri yenidən qurulur. İşlər yekunlaşdıqdan sonra kənddə ümumilikdə 9 müasir tipli Komplekt Transformator Məntəqəsi (KTM) abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edəcək.
Arısu, Xarxar və Zəhmət kəndlərinin elektrik şəbəkəsi tamamilə yenilənib. Yeni 0.4 kV-luq dayaqlar basdırılıb, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. Sadalanan 3 kənddə ümumilikdə 17 KTM quraşdırılıb.
Növbəti mərhələdə Çanaqçı, İnəkboğan və Kərimli kəndlərində 0.4 və 10 kV-luq elektrik şəbəkələri yenidən qurulacaq.
Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə "Azərişıq” ASC Gədəbəylə yanaşı ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər