Xəbər lenti

Prezident yol təmirinə 1,5 milyon manat ayırdı
Ekonomiks 13:26 31.07.2025

Prezident yol təmirinə 1,5 milyon manat ayırdı

Prezident İlham Əliyev Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi magistralını Kürdəmir rayonunun Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, Sərəncama əsasən, sözügedən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli, 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü" sənədinin 1.19.21-ci yarımbəndində göstərilən vəsaitdən ilkin olaraq 1,5 milyon manat "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi"nə ayrılıb.

Maliyyə Nazirliyi bu məbləğin maliyyələşməsini təmin etməlidir.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->