Böyük Britaniyanın M16 Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qurumun tarixində ilk dəfə qadın olacaq.
"Report" xəbər verir ki, bu barədə "The Sunday Times" qəzeti məlumat yayıb.
Bu vəzifəyə üç qadının namizədliyi irəli sürülüb. Onların arasında favorit Böyük Britaniyanın Çindəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin əməkdaşı Barbara Vudvord favoritdir. Digər iki namizəd isə kəşfiyyatçıdır və kimliyi açıqlanmır.
Mİ6-nın hazırkı rəhbəri Riçard Mur 5 illik vəzifəsindən sonra 2025-ci ilin payızında istefa verəcək.
Şərhlər