Xəbər lenti

Əsli Lerikdəndir, amma ABŞ polisidir (FOTOLAR)
Foto 22:24 11.05.2025

Əsli Lerikdəndir, amma ABŞ polisidir (FOTOLAR)

Əslən Lerikin Gəndob kəndindən olan, Sumqayıtda dünyaya gələn həmyerlimiz Zaur Cəlil Telman oğlu ABŞ-nin paytaxtı Vaşinqtonda xüsusi təyinatlı polis zabiti təyin olunub.

Bu haqda "Qafqazinfo”ya Z.Cəlil açıqlama verib.

1985-ci il təvəllüdlü həmyerlimiz 2006-cı ildən Birləşmiş Ştatlarda yaşayır.

O, uşaq yaşlarından peşəkar cüdo ilə məşğul olub. Bu idman növü üzrə üçqat ABŞ çempionudur. 4 il ardıcıl olaraq Birləşmiş Ştatların ən yaxşı cüdoçusu adına layiq görülüb.

ABŞ Polis Akademiyasını fərqlənmə dipolumu və medalı ilə başa vurub. Bir neçə gün əvvəl isə ABŞ-nin təhlükəsizliyinin keşiyində durmaq üçün təyinat alıb. 

Qeyd edək ki, Vaşinqtonun xüsusi təyinatlı polisləri şəhər meri tərəfindən təyin edilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->