Xəbər lenti

DSX Aparatının inzibati binasında yanğın oldu
Ölkə 09:40 17.08.2025

DSX Aparatının inzibati binasında yanğın oldu

Avqust ayının 17-si gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasının damında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->