Xəbər lenti

Ozobiç
İdman 16:51 17.08.2025

Ozobiç "200"ə çatdı

Misli Premyer Liqasının 2025/26 mövsümünün startı Filip Ozobiç üçün əlamətdar olub.

Qaynarinfo PFL-ə istinadən xəbər verir ki, "Turan Tovuz”da debüt edən 34 yaşlı yarımmüdafiəçi Premyer Liqada 200-cü oyununu keçirib. Yubileyi "İmişli” ilə səfər matçına (1:0) təsadüf edən futbolçu bu qarşılaşmalarda 66 qol vurub.

Filip Premyer Liqada 2016/17 mövsümündə "Qəbələ”də debüt edib. Dörd klubda forma geyinən yarımmüdafiəçi "Qarabağ”da 95 (35 qol), "Neftçi”də 58 (15 qol), "Qəbələ”də 46 (16 qol) və "Turan Tovuz”da 1 oyuna çıxıb.

Qeyd edək ki, Ozobiç çempionatın 33 illik tarixində 200 və daha çox oyun keçirən 156-cı futbolçudur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->