"Statistikdan göründüyü kimi ildən-ilə rayonlarda istehsal zəifləyir. İstehsal zəiflədikcə işsizlik çoxalır. İnsanlar gündəlik həyatını təmin etmək üçün iş axtarır. Bir çox hallarda bu işi rayonlarda tapa bilmir. Ona görə məhz ümid yeri Bakıdır. Bu səbəbdən insanlar Bakıya üz tutur".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
Onun sözlərinə görə, Bakıda istehsal çox olduğundan iş tapmaq da asandır:
"Bakıda rayonlara nisbətdə pul qazanmaq daha asandır. Ona görə də rayon əhalisinin yenidən Bakıya axını başlayıb. Bir ara işsizlik miqrasiyası səngimişdi. Müəyyən mənada rayonlara axın da hiss olunmağa başlamışdı".
Akif Nəsirli hesab edir ki, son illər ölkə daxilində - həm rayonlarda, həm də Bakıda istehsal zəifləyib:
"Rayonlarda bu daha çox özünü göstərir. Ona görə də əhali Bakıya üz tutur. Bəziləri hətta dolanmaq üçün ailəsini də Bakıya yerləşdirir. Bəziləri də ailəsini rayonlarda qoyub, özü Bakıya üz tutur".
Akif Nəsirli yay aylarında Bakıda iş çoxluğu yarandığını da vurğulayıb:
"Yay aylarında müəyyən məkanlarda iş çoxluğu yaranır. Bu il isə heç çimərlik mövsümnü də o qədər olmadı. Çimərliklərdə xidmət edən adamların haradan olduğunu soruşsaq, görəcəyik ki, hərə bir rayondan gəlib. Restoranlarda, ictimai-iaşə obyektlərində çaışanların əksəriyyəti rayonlardan gələn insanlardır. Müqaviləsiz, qeydiyyatsız işləyir və gündəlik evinə çörəkpulu aparır. Kənd yerlərində isə bu pul yoxdur".
Bahar Rüstəmli
Şərhlər