Xəbər lenti

Nadir Qafarzadə:
Maqazin 13:07 11.08.2025

Nadir Qafarzadə: "Məni 22 manat narat etmir..."

Müğənni Nadir Qafarzadəyə qarşı dələduzluq edilib. Çəkisi 3 kiloqram və bir vedrəsi 15 manata təklif edilən çiyələk və moruq ona ayrı-ayrılıqda 22 manata satılıb. Bundan əsəbiləşən Nadir Qafarzadə sürücülərə müraciət edib:

"Yolda meyvə satanlardan he nə almayın, fırıldaqçıdırlar".

Nadir Qafarzadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, ona çiyələk və moruq lazım deyilmiş, bu addımı satıcıya xeyir vermək üçün atıb:

"Amma o bunu başa düşmədi... İstidə, günəşin altında dayanıb. Mən də insanlıq etdim, istədim ona xeyir verəm ki, çıxıb getsin evinə. Satıcı məni aldatmaq istədi və aldatdı da. Aldadıldığımı da bilirdim. Hər kəs özünü aldadır. Məni aldatsa da, göydəkini aldada bilməz".

Müğənni aldığı çöyələyin çəkisinin 1,8 kq olduğunu bildirib:

"Məni 22 manat deyil, insanları gözünün üzünə baxılaraq aldadılması narahat edir. Sükan arxasında kimin olmağının məsələyə aidiyyatı yoxdur, milyoner də ola bilər. Əsas satılan malın qiymətidir. Dünyanın heç bir yerində belə bir şey yoxdur".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->