Xəbər lenti

Maqazin 11:27 06.05.2025

"İnter"in ulduzu məişət zorakılığında ittiham olunur

Aktrisa Şarlotta Laviş sosial şəbəkədə "İnter"in (Milan) hücumçusu Markus Türamı məişət zorakılığında ittiham edib.

Qaynarinfo xəbər verir ki, Laviş sosial mediada 8 dəqiqəlik video yayımlayaraq bədənində zorakılıq izlərini göstərib və bunun Türam tərəfindən törədildiyini bildirib. 

Onun sözlərinə görə, hadisə futbolçunun Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunda çıxış etdiyi dövrdə baş verib. Lavişin iddiasına əsasən, Türam onu otaqda kilidləyib və çəkdiyi videonu silmək məqsədilə ona fiziki təzyiq göstərib.

Niyə bu barədə üç il sonra danışdığı sualına cavab olaraq Laviş bildirib ki, o, bu açıqlamadan heç bir maddi qazanc gözləmir və Türamın bu əməlinə görə cəzalandırılacağına inanmır.

Video paylaşımı "İnter"in vacib oyunu ərəfəsində yayımlanıb. Belə ki, bu gün Milan təmsilçisi Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Barselona"nı qəbul edəcək. İlk görüş 3:3 hesabı ilə başa çatıb və Türamın bu oyunda start heyətində meydana çıxması gözlənilir.

Cari mövsümdə Türam bütün turnirlərdə ümumilikdə 18 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->