Xəbər lenti

İş başında infarkt keçirən polkovnik vəfat etdi (FOTO/YENİLƏNİB)
Ölkə 12:49 06.08.2025

İş başında infarkt keçirən polkovnik vəfat etdi (FOTO/YENİLƏNİB)

Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov vəfat edib.

Bu barədə Ədliyyə Nazirliyindən Qaynarinfo-ya məlumat  verilib.  

Rauf Əsədov 1999-cu ildən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə Alayında müxtəlif vəzifələrdə, 2019-cu ildən etibarən Mühafizə Alayanın komandiri vəzifəsində çalışıb, məsuliyyətli və peşəkar fəaliyyəti ilə fərqlənib.

2025-ci ilin 20 iyun tarixində ədliyyə nazirinin müvafiq əmri ilə nümunəvi xidmət etdiyinə və hərbi xidmət vəzifələrini yerinə yetirdiyinə görə ona vaxtından əvvəl polkovnik rütbəsi verilib.

Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Rauf Əsədovun vəfatından kədərləndiklərini bildirir və ailəsinə başsağlığı verirlər. 

Qeyd edək ki, Rauf Əsədov ötən gün infarkt keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.
 
 09:26

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.

"Qafqazinfo”nun məlumatına görə, polkovnik xəstəxanaya yerləşdirilib, hazırda həkim nəzarətindədir.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->