Xəbər lenti

Son günlər insanlar arasında çoxalan başağrısı nədir? (VİDEO)
Video 10:02 06.08.2025

Son günlər insanlar arasında çoxalan başağrısı nədir? (VİDEO)

Baş ağrıları ilə həkimə müraciət edənlərin sayı artıb...

Həkimlərin sözlərinə görə, xüsusilə anomal havalarda belə şikayətlər çoxalır. Bu ağrılar kəskin və intensiv olması ilə fərqlənir. Səbəbi isə günvurma deyil.

Həkim-nevroloqlar deyirlər ki, belə hallarda ağrıkəsici istifadə etmək düzgün deyil. Bu zaman başağrıları xroniki hal alır və daha da dərinləşir. Sadəcə istirahət etmək, kompüter və telefondan az istifadə etməklə ağrını azalmaq mümkündür.

Həkimlərin sözlərinə görə, belə ağrılar keçicidir və ciddi müalicə tələb edən hal deyil. Lakin, bunu müəyyən etmək üçün həkimə müraciət etmək mütləqdir.//Xəzər TV

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->