XX əsrin ortalarında Amerikada doğulub böyüdülən bir Afrika şir dişisi bütün həyatını – doqquz ilini – heç vaxt ət yemədən yaşadı. Onun sahibi Corc və Marqaret Vestbau idi.
Qaynarinfo xəbər verir ki, alimlərin "yırtıcı heyvanlar ətsiz yaşaya bilməz” sözlərindən narahat olan cütlük, öz qeyri-adi ev heyvanlarını – "Körpə” ləqəbli şir dişisini ət yeməyə öyrətmək üçün əlindən gələni etdi.
Hətta ət qarışığı hazırlayıb sevdirmək üçün pul mükafatı da təklif etdilər. Nyu York zooparkının kuratoru Vestbaulara "Körpə”ni ətə öyrətmək üçün südünə bir neçə damcı qan qatmağı məsləhət gördü. Amma şir balası, hətta bir damcı qan əlavə olunanda belə, butulkaya yaxın durmadı.
Cütlüyün 40 hektarlıq "Hayden Valley” rançosuna gələn çoxsaylı qonaqların verdiyi məsləhətlər də nəticə vermədi. Bununla belə, Körpə böyüyür, inkişaf edir və özünü çox yaxşı hiss edirdi. Təxminən 4 yaşında 160 kilo çəkiyə çatdı.
Onu müxtəlif üyüdülmüş və qaynadılmış dənli qarışıqlar, süd və yumurta ilə qidalandırırdılar. Şir təkcə sağ qalmaqla kifayətlənmir, həm də özünü əla hiss edirdi. ABŞ zooparklarından birinin kuratoru demişdi: "Bu dişi şir gördüyüm bütün növlərdən daha sağlam görünürdü”.
Vestbaular yalnız "Körpə”yə deyil, digər heyvanlara da qayğı göstərirdilər. Onların rançosunda şirin quzu, inək, qoyun və hətta tovuzquşları ilə dinc yanaşı yaşaması insanlarda heyrət doğururdu.
Ranço haqqında reportajlar televiziyalarda yayımlandıqdan, qəzetlərdə fotolar çıxdıqdan sonra çoxlu turist axını başladı. Qonaqlardan biri yazırdı:
"Gözlərimin qarşısında bir şir və quzu yanaşı dayanmışdı – bu məni xoşbəxt etdi”.
Alpər
Şərhlər