Yeni ölkəyə səyahət planlayarkən yalnız dil, mətbəx və mədəniyyət xüsusiyyətlərini deyil, həm də yerli qanunları öyrənmək vacibdir. Bəzi ölkələrdə turistlər adi saydıqları davranışlara görə ciddi cərimələrlə üzləşə bilərlər.
Qaynarinfo xəbər verir ki, "Daily Mail"in məlumatına görə, bu qadağalar bəzən olduqca təəccüblüdür.
Məsələn, Dubayda müəyyən obyektlərin fotoşəkilini çəkmək qadağandır, Fransada isə avtomobil idarə edərkən geyilən ayaqqabıya görə polis yoxlaması ola bilər. Venesiyada göyərçinləri yemləmək olmaz, Sinqapurda isə saqqızla bağlı çox sərt qaydalar mövcuddur.
Dünyanın müxtəlif ölkələrindəki qeyri-adi qadağalara nümunələr:
BƏƏ (Dubay) – hökumət binalarını çəkmək qadağandır.
Yunanıstan – 2009-cu ildən Afin Akropolu və Epidavr teatrı kimi tarixi abidələri gəzərkən hündürdaban ayaqqabı geyinmək olmaz. Cərimə 900 avroya qədər çata bilər.
İtaliya (Venesya) – 2008-ci ildən göyərçinləri yemləmək qadağandır. Qadağa, quşların mərmər heykəllərə ziyan vurmasının qarşısını almaq üçün tətbiq olunub.
Fransa – avtomobil icarəyə götürən turistlər düzgün ayaqqabı seçməlidirlər. "Uyğun olmayan” ayaqqabı ilə sükan arxasına keçmək qadağandır. Kurort bölgələrində polis tez-tez yoxlama aparır.
Şri-Lanka – Budda heykəlləri fonunda şəkil çəkdirmək olmaz.
Sinqapur – saqqızın idxalı, satışı və tibbi təyinat olmadan istifadəsi qadağandır. Yalnız müalicəvi saqqıza icazə verilir. Qanun şəhərin təmizliyini qorumaq və səki örtüklərinin zədələnməsinin qarşısını almaq məqsədilə qəbul edilib.
Misir – dronlardan yalnız rəsmi icazə ilə istifadə etmək olar. Qanunu pozanlar 7 ilədək həbs və ya 50 min Misir funtu (təxminən 1 000 ABŞ dolları) məbləğində cərimə ilə üzləşə bilərlər.
Maldiv adaları - əksər turistlər buranın əslində ciddi geyim qaydalarına malik müsəlman ölkəsi olduğunu dərk etmirlər. Turizm zonalarından kənarda, yəni yerli əhalinin yaşadığı ərazilərdə qollarınız və ayaqlarınız çılpaq şəkildə gəzə bilməzsiniz. Nudizm hətta xarici turistlər üçün xüsusi olaraq ayrılmış yerlərdə belə qadağandır.
Aydın
Şərhlər