"Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin intensivliyi artacaq”.
Qaynarinfo-ya açıqlamasında bunu hərbi ekspert Üzeyir Cəfərov Türkiyə milli müdafiə naziri Yaşar Gülərin Azərbaycana səfərini şərh edərkən deyib:
"Türkiyədə önəmli bir hadisə baş verdi. 40 ildən çoxdur Türkiyənin normal həyatını pozan bir təşkilat özünü buraxdı. Azərbaycan Prezidentinin Türkiyə müdafiə nazirini qəbul etməsi də daha çox bununla bağlıdır. Azərbaycan bu fakta öz dəstəyini ifadə etdi. Bu, Türkiyə dövlətinin gücünü göstərir”.
Ekspert qeyd edir ki, 2025-ci il Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında bəzi məsələlərin yekunlaşması ilidir:
"Qarşıdakı ayda Azərbaycan Ordusunun yaranmasının növbəti ildönümündə birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Habelə əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində müəyyən addımlar atılacaq. Birgə təlimlərin intensivliyi də artırılacaq”.
Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, ilk olaraq Yaşar Güləri Prezident İlham Əliyev qəbul edib. Qəbulda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib.
Rüfət Sultan
Şərhlər