Hər kəs mümkün qədər uzun müddət gənc qalmaq istəyir, lakin zaman amansız şəkildə irəliləyir. İnsan həyatı mərhələlərdən keçir: uşaqlıqda sürətli inkişaf, gənclikdə sabit dövr və daha sonra yavaş-yavaş tənəzzül. Alimlər insan orqanizminin hansı yaşdan etibarən qocalmağa başladığını araşdırıblar.
Qaynarinfo xəbər verir ki, kosmetologiya və plastik cərrahiyyə qocalmanın xarici əlamətləri ilə mübarizə aparmağa kömək etsə də, orqanizm zamanla "köhnəlir".
Yeni araşdırmaya görə, qocalma prosesinin sürətlənməsi, adətən, təxminən 50 yaşda başlayır. Bu həddən sonra toxumalar və orqanlar öz funksiyalarını itirməyə meylli olur. Mütəxəssislərin sözlərinə görə, bədəndə ən tez qocalan sistem damarlar hesab olunur.
Araşdırmada insan orqanizminin aşağıdakı sistemləri təhlil edilib:
* dayaq-hərəkət;
* ürək-damar;
* həzm;
* tənəffüs;
* immun;
* sümük;
* endokrin sistemi.
Həmçinin qan nümunələri də öyrənilib. Nəticələr göstərib ki, yaş artdıqca ürək-damar xəstəlikləri, şişlər, toxuma fibrozları, qaraciyər xəstəlikləri və digər problemlərin yaranma riski artır.
Beləliklə, alimlər müəyyən ediblər ki, insanın əsl mənada qocalma prosesi 45–55 yaş aralığında başlayır. Digər araşdırmalar isə əlavə iki qocalma zirvəsini göstərir - təxminən 44 yaş və təxminən 60 yaş.
Aydın
Şərhlər