Xəbər lenti

Ali məktəblərdə IV ixtisas qrupunda dövlət sifarişi üzrə yerlərin sayı artırıldı
Ölkə 20:30 13.08.2025

Ali məktəblərdə IV ixtisas qrupunda dövlət sifarişi üzrə yerlərin sayı artırıldı

2025/2026-cı tədris ili üçün respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupunda Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 3 617, rus bölməsi üzrə 360 plan yeri nəzərdə tutulur.

Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 755 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4 732 plan yeri ayrılıb. Bu yerlərdən 3 578-nə qəbul isə dövlət sifarişi əsasında aparılır.
Xatırladaq ki, 2024/2025-ci tədris ilində ali təhsil müəssisələrinə IV ixtisas qrupu üçün 4 600 plan yeri ayrılmış, həmin yerlərdən 3 135-i dövlət sifarişi əsasında olmuşdu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->