Laçın Rayon İcra Hakimiyyəti daxili yolların cari təmir işləri ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Avtoyoltikintiservis” MMC seçilib. Yolların cari təmir işlərinə 277 612,56 manat xərclənəcək.
"Avtoyoltikintiservis” MMC 16 mart 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. Baxmayaraq ki, "Avtoyoltikintiservis” MMC satınalma müsabiqələrində fəal iştirak edir və adətən iri məbləğli tenderlərin qalibi seçilir. Şirkət təkcə 2025-ci ildə 2 259 020,35 manatlıq sifariş alıb.
Yeri gəlmişkən, mart ayında şirkət Laçın Rayon İcra Hakimiyyəti Başçısının Qayğı qəsəbəsi üzrə nümayəndəliyinin abadlıq, qəsəbədaxili yolların cari təmiri və işıqlandırılması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 696 170,03 manat olub.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlidir. O, 9 ildir ki, rayona rəhbərlik edir.
Seyid
Şərhlər