Xəbər lenti

Azərbaycanda narkomanların rəsmi statistikası açıqlandı
Ölkə 20:50 13.08.2025

Azərbaycanda narkomanların rəsmi statistikası açıqlandı

Azərbaycanda ilk dəfə narkomaniyaya mübtəla olanarın sayı bir ildə 1171 nəfər artıb. 

Bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub.

Məlumata görə, 2024-cü ildə 4967 nəfər narkomaniya diaqnozu ilə rəsmi qeydiyyata düşüb.  2023-cü ildə isə ilk dəfə narkoman kimi qeydiyyata düşənlərin sayı 3796 nəfər olub. 
 
Ümumilikdə ötən il Azərbaycanda 40 490 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olub.

2023-cü ildə bu rəqəm 36 659 nəfər təşkil edib. 

Narkomaniya ilə yanaşı ötən il tibb müəssisələrində 2 492 nəfər toksikomaniya, 7 738 nəfər isə narkotiklərin epizodik qəbuluna görə qeydiyyata düşüb. Alkoqolizm və alkoqol psixozu ilə xəstəxanaya müraciət edənlərin sayı 2024-cü ildə 9 578 nəfər təşkil edib. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->