Xəbər lenti

Almaniya tarixində üçüncü hadisə: Nazir analıq məzuniyyətinə çıxır
Dünya 17:12 23.08.2025

Almaniya tarixində üçüncü hadisə: Nazir analıq məzuniyyətinə çıxır

Almaniyanın federal tikinti naziri Verena Huberts ölkə tarixində vəzifədə olarkən ana olacaq üçüncü qadın nazir olacaq. 

Qaynarinfo xəbər verir ki, ondan əvvəl hökumətdə işlədiyi müddətdə uşaq dünyaya gətirənlər sırasında Almaniya Xristian Demokrat İttifaqından Kristina Şröder və Almaniya Sosial Demokrat Partiyasından Manuela Şvezig olub.

Huberts bildirib ki, o, dekabr ayında analıq məzuniyyətinə çıxacaq və mart ayında işinə qayıtmağı planlaşdırır: "Özüm hamiləlik və doğuş məzuniyyəti götürəcəyəm. Körpəyə qulluq məzuniyyətini isə həyat yoldaşım üzərinə götürəcək".

Onun yoxluğunda nazirin vəzifələrini üç dövlət katibi icra edəcək. Huberts qeyd edib ki, geri döndükdən sonra həm işi, həm də övladına qayğını bir arada davam etdirmək niyyətindədir. O, digər qadınlara nümunə olmaq istədiyini də bildirib: "Mən karyera ilə ailəni uğurla birləşdirən bütün analara böyük hörmət bəsləyirəm. Bu gün milyonlarla qadın həm işləyir, həm də ailəsinə baxır, bir çoxu isə tək valideyn kimi bunu bacarır".

Qeyd edək ki,Verena Hubertsin 37 yaşı var. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->