Gürcüstanın paytaxtı Tiflisdə tramvay xətləri layihəsinin alınması və tikinti işlərinin həyata keçirilməsi üzrə tender elan edilib. Bunu şəhərin meri Kaxa Kaladze açıqlayıb.
Bəs Bakıda necə?
Nəqliyyat eksperti Yasin Mustafayev "Xəzər Xəbər"ə bildirdi ki, şəhərdə nəqliyyat vasitələrinin çoxalmasını nəzərə alaraq ictimai nəqliyyatın işinin optimallaşdırılması, genişləndirilməsi və bunların istifadəsi üçün vətəndaşlar arasında təbliğat işlərinin aparılması həyata keçirilir.
Yasin Mustafayev bildirdi ki, xüsusilə Bakıətrafı kəndləri birləşdirən tramvay xəttinin həyata keçirilməsi nəzərdə tutulur.
Yerüstü nəqliyyat Agentliyindən isə bildirildi ki, Bakıda iki yaşayış sahəsinin Mehdiabad və "Sea Breeze" ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər