Xəbər lenti

Konfrans Liqası:
İdman 20:22 07.08.2025

Konfrans Liqası: "Araz-Naxçıvan" ikinci qolu buraxdı (YENİLƏNİR)

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Qaynarinfo xəbər verir ki, bu gün Azərbaycan klublarından ilk olaraq "Araz-Naxçıvan" meydana çıxacaq və Cənubi Kiprin "Omoniya" klubu ilə qarşılaşacaq.

Qarşılaşma "Dalğa Arena"da, saat 20.00-da start götürəcək. Görüşün baş hakimi çexiyalı Andrjey Berka olacaq.

"Araz-Naxçıvan" əvvəlki raundda Yunanıstanın "Aris", "Omoniya" isə Gürcüstanın "Torpedo" (Kutaisi) komandasını mübarizədən kənarlaşdırıb. Cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.

Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun

7 avqust
20.00 Araz-Naxçıvan (Azərbaycan) - Omoniya (Cənubi Kipr) 0:2
Qollar: Loizos Loizu, 13; 22.
Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 17. İssuf Paro, 19. Bar Kohen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarls Boli, 77. Bruno Aleksander.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli (q), 2. Qara Qarayev, 5. Slavik Alxasov, 7. Hamidu Keyta, 14. Ülvi İskəndərov, 16. Ramon Maçado, 23. Nuno Rodriqeş, 26. Ömər Buludov, 44. Rahil Məmmədov.
Baş məşqçi: Elmar Baxşıyev.
Omoniya: 40. Fabiano Fabiano, 3. Fotis Kitsos, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Stivan Jovetiç, 11. Evandro, 14. Mateo Mariç, 21. Giannis Masuras, 30. Nikolas Panagiotu, 31. İoannis Kusulos (k), 75. Loizos Loizu.
Ehtiyat oyunçular: 23. Çaralampos Uzoho (q), 98. Françis Kiriakidis (q), 2. Alpa Diounkou, 6. Karel Eitinq, 9. Mariuş Stepinski, 24. Amin Xammas, 27. Stefan Simiç, 33. Mateuş Musialovski, 44. Novika Erakoviç, 85. Anqelos Neofitu, 90. Kristos Konstantinidis, 91. Konstantinos Panagi.
Baş məşqçi: Henninq Berq.
Baş hakim: Ondrjey Berska (Çexiya).
Bakı. "Dalğa Arena".


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->