"Neftçi"nin "Monpelye"dən transfer etdiyi Falaye Sako Bakıya gəlib.
Qaynarinfo Sportinfo.az-a istinadən xəbər verir ki, Mali millisinin üzvü olan 30 yaşlı sağ cinah müdafiəçisi klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.
Afrikalının Fransa klubu ilə müqavilə müddəti gələn ilin yayına qədər idi.
"Monpelye" 2023-cü ilin yayında onun keçidi üçün Portuqaliya "Vitoriya"sına 1.3 milyon avro ödəyib. Bir illik müqaviləsi qalan müdafiəçinin hazırkı transfer dəyəri də bu qədərdir.
"Neftçi" onun üçün təzminat ödəməyə hazırdır. Amma göstərilən məbləğ qədər yox. Təklif edilən kompensasiya bundan üç dəfə aşağıdır.
Falaye Sako karyerası ərzində Macarıstan, Belçika, Portuqaliya və Fransada legioner həyatı yaşayıb.
Xatırladaq ki, paytaxt təmsilçisi bu yay 11 yeni oyunçu ilə güclənib.
Sessi D'Almeyda (son klubu "Apollon Limassol"), Luis Ortis ("Sportivo Ameliano"dan icarəyə götürülüb), Elvin Bədəlov (son klubu "Sumqayıt"), Murad Xaçayev (son klubu "Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (son klubu "AEK Larnaka"), Freddi Varqas ("Makkabi"dən (İsrail, Netanya) icarəyə götürülüb), Cordan Rezabala (son klubu "Dorados"), Kristian Kostin (son klubu "Dinamo" Buxarest, Rumıniya), Kenan Piriç (son klubu "Antalyaspor", Türkiyə) və Alessio Kurçi (son klubu "Francs Borains", Belçika) qeyd olunan siyahıya daxildir.
Şərhlər