Xəbər lenti

AZAL sərfəli uçuşlar üçün 25%-dək endirimlə səyahət imkanı təklif edir
Ekonomiks 11:00 31.07.2025

AZAL sərfəli uçuşlar üçün 25%-dək endirimlə səyahət imkanı təklif edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlər üçün "Payız gəlmədən endirimi gəldi!” adlı yeni kampaniyaya start verib.

Qaynarinfo bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, endirim kampaniyasından yararlanmaq üçün onlayn bilet alışı zamanı "FLY25” promokodundan istifadə etmək kifayətdir: "Aksiyanın şərtlərinə əsasən, sərnişinlər 3 avqust 2025-ci il tarixinə kimi AZAL-ın beynəlxalq reyslərinə aviabiletləri 25%-dək endirimlə aviaşirkətin rəsmi veb-saytından və ya mobil tətbiqindən əldə edə bilərlər".

Vurğulanır ki, təklif 23 sentyabr – 25 dekabr tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil olunur. Bu müddət ərzində sərnişinlər AZAL-ın Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edən 40-dan çox beynəlxalq istiqamətinə endirimli şərtlərlə səyahət etmək imkanı əldə edəcəklər.

"Endirim AZAL-ın müntəzəm beynəlxalq uçuşlarında ekonom və biznes sinif tariflərinə tətbiq olunur, vergi və yığımları əhatə etmir. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil edilmir. Qeyd edək ki, endirimli yerlərin sayı məhduddur. Səyahətinizi əvvəlcədən planlaşdıraraq payız mövsümünü AZAL-la daha sərfəli və yaddaqalan edin",-deyə məlumatda qeyd edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->