Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
Bu barədə Qaynarinfo-ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, məlumat sürət tablolarında "sürüşkən yol” işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.
Şərhlər