Xəbər lenti

Çoxdan nəsli kəsildiyi düşünülən canlı təsadüfən aşkar edildi (FOTO)
Dünya 23:02 02.08.2025

Çoxdan nəsli kəsildiyi düşünülən canlı təsadüfən aşkar edildi (FOTO)

Böyük Britaniyada bir şəxs yarım əsr əvvəl tamamilə nəsli kəsildiyi düşünülən gövdəli meduzanı təsadüfən kəşf edib. 

Qayanrinfo xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Gövdəli meduza (Depastrum cyathiforme) – görünüşcə dəvətxətminə oxşayan bu canlı, 19-cu əsrdə nadir sayılsa da, cənub-qərb Britaniya sularında təbiətşünaslar tərəfindən müntəzəm qeydə alınıb. Lakin 20-ci əsrin ortalarında Britaniya sahillərindən yox olub. Bu növün son nümayəndəsi 1976-cı ildə Fransanın şimalındakı Roskoff bölgəsində görülmüşdü.

Ancaq iyun 2023-cü ildə Xarici Hebrid adalarında (Şotlandiyanın şimal-qərbi) Saut-Uist bölgəsində daş yığan təbiətşünas dörd canlı tapıb. Onun çəkdiyi fotoşəkillər əsasında məlum olub ki, bunlar nəsli kəsilmiş gövdəli meduzalardır.
 


Qeyd edilir ki, şəxs əvvəlcə tapdığı canlıları özü müəyyən etməyə çalışıb. Lakin internetdə axtarış zamanı yalnız "qələm və akvarellə çəkilmiş tarixi rəsmlər" tapılması onu şübhələndirib. Ancaq ekspertlər fotoşəkillərdəki canlının "nəsli kəsilmiş" meduza olduğunu təsdiqləyəndə "çox sevindim" dediyini bildirib.

Bu yay "British Wildlife" jurnalının redaktoru Qay Frimen özü "nəsli kəsilmiş" meduzanı görmək üçün Saut-Uistə səfər edib. Və onları yenidən tapmağı bacarıb.

Frimen deyib: "Əvvəllər yalnız köhnə rəsmlərdə mövcud olan canlı birdən canlı vətəndə peyda oldu. Meduzanın tapıldıqdan iki il sonra, bu yay yenə orada olması ümidvericidir. İndi biz axtarışları genişləndirib başqa yerlərdə də sağ qalıb-qalmadığını araşdırmalıyıq".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->