Çinin Fuçun şəhərindən olan dalğıc Van 5 gün boyunca sualtı mağarada sağ qalmağı bacarıb. O, bu müddətdə yalnız çiy balıqla qidalanıb.
Qaynarinfo xəbər verir ki, hadisə barədə məlumat "Baza" platforması tərəfindən yayılıb.
2025-ci il iyulun 19-da Van bir dostu ilə birlikdə cəmi beş dəqiqəlik dalış üçün çaya girib. Su hövzəsinin dərinliyi 10 metr olub, lakin dibə yaxın daha mürəkkəb və dərin mağara sisteminə giriş mövcud imiş. Van təsadüfən bu mağaraya daxil olub və orada yolunu azıb.
Hadisə baş verən andan etibarən axtarış-xilasetmə əməliyyatı başlayıb. Van isə təxminən 100 metr dərinlikdə bir hava kisəsi (hava yastığı) taparaq orada qalmağa müvəffəq olub.
O, balonundakı oksigenin cəmi 4%-i qaldığı vaxtda xilasetmə qrupunu görüb və yandırdığı fənəri yelləyərək onların diqqətini çəkib. Qayıdarkən xilasetmə komandası nəhayət Vanı tapıb.
Qurtarıldıqdan dərhal sonra Van xilasedicilərdən siqaret olub-olmadığını soruşub. Daha sonra öz ayaqları ilə təcili yardım maşınına qədər gedib. Mətbuata danışan Van bildirib ki, mağarada təsadüfən yolunu azıb və zaman hissini tamamilə itirib. Sağ qalmasının yeganə yolu isə çiy balıq yemək olub.
Aydın
Şərhlər