Azərbaycan və xarici ölkə komandalarında çıxış edən yerli futbolçular arasında ən yüksək transfer qiymətinə malik olanların adı məlum olub. Siyahıda yer alan oyunçulardan cəmi 3-ü 1 milyon avro səddini aşmağı bacarıb.
Yenisabah.az "Transfermarkt”ın statistik məlumatlarına əsasən, 10 ən bahalı azərbaycanlı futbolçulardan ibarət siyahını təqdim edir:
1. Nəriman Axundazə - "Qarabağ” (1.8 milyon avro)
2. Renat Dadaşov – "Radomiyak Radom” (1.2 milyon avro)
3. Toral Bayramov – "Qarabağ” (1.2 milyon avro)
4. Ramil Şeydayev – "Neftçi” (900 min avro)
5. Aleksey İsayev – "Qarabağ” (900 min avro)
6. Qismət Əliyev – "Zirə” (900 min avro)
7. Elvin Cəfərquliyev – "Qarabağ” (900 min avro)
8. Rza Cəfərov – "Neftçi” (900 min avro)
9. Rahim Sadiqov – "Turan Tovuz” (850 min avro)
10. Səbuhi Abdullazadə - "Sumqayıt” (850 min avro)
Şərhlər