Xəbər lenti

Ermənistan Prezidenti Zəngəzur dəhlizinin açılmasını istəyir
Siyasət 20:41 29.07.2025

Ermənistan Prezidenti Zəngəzur dəhlizinin açılmasını istəyir

"Sünik Ermənistanın gələcək inkişafı üçün qapıya çevriləcək”.

"Qafqazinfo” xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bu gün Sünikdə keçirilən müşavirədə deyib.

"Əgər biz Sünikin qapılarını aça bilsək, mən 43 kilometrlik imkanları (Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi – red) nəzərdə tuturam, o zaman əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar verəcək”.

Sülh yollarının kəsişməsini beynəlxalq ictimaiyyət tərəfindən çox yaxşı qarşılandığını bildirən Xaçaturyan qeyd edib ki, bu, hər kəs üçün çox cəlbedicidir:

"Biz böyük bir kəşf etməmişik, amma mövcud reallığı masaya qoyuruq və bu imkanları aydın şəkildə təqdim edirik, bu 43 kilometrin və Sünikin nə qədər vacib olduğunu anlayırıq. Məqsədimiz yaxın vaxtlarda sülh sazişi imzalamaqdır”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->